27 
Okt
2016
17:35
168
32
8930
Virtual karabakh

Azərbaycanın rayonlarının turist xəritələri hazırlanır – FOTO

27 Okt, 2016
17:35
8930

Azərbaycanın rayonlarının turist xəritələri hazırlanır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Xaçmazın turist xəritəsi hazırlanıb. 

Oxu.Az-a nazirlikdən verilən məlumata görə, Xaçmaz rayonuna səyahət edən turistlər bu xəritə vasitəsilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər.

Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Turistlər bu xəritənin köməkliyi ilə Xaçmazın məşhur görməli yerləri haqqında məlumatları əldə edə bilərlər: açıq səma altında “Tanınmış şəxsiyyətlər muzeyi” parkı, Xalça Muzeyi,  Heydər Əliyev Muzeyi, H.Z.Tağıyevin inşa etdiyi qədim su qülləsi, İdman Olimpiya Kompleksi, Nabran zonasının planı və digərləri.

Xaçmazın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Xaçmazda fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri