30 
Sen
2017
23:34
132
56
8965
Virtual karabakh

İndi hostel açmaq daha sərfəlidir – VİDEO

Bu xəbərimiz hostellər ilə bağlıdır. Hostel - qiyməti otellərdən xeyli ucuz olan və turistlərin qısamüddətli gecələmələri üçün nəzərdə tutulan turizm obyektidir. Otel qiymətlərinin baha olduğu ölkəmizdə əslində hostel biznesi olduqca cəlbedici görünür. Üstəlik, bunun üçün böyük məbləğli investisiyalara da ehtiyac yoxdur. Ancaq hostellər ilə bağlı müəyyən standartlar da var.

Oxu.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərin mərkəzində obyekti, çoxotaqlı mənzili və ya həyət evi olanlar üçün pul qazanmaq şansı yaranıb.
Əvvəllər hostel açmaq üçün lisenziya tələb olunurdu. Turizm təsərrüfatında ciddi dəyişikliklərin edilməsiylə indi heç bir icazəyə ehtiyac yoxdur.
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, lisenziyanın ləğv edilməsi hostel standartının yaradılması zərurətini ortaya çıxarıb. Hazırda belə bir standart olmadığından şərtlər dünya ölkələrinin praktikasına uyğun götürülür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hostellərdə gecələmə qiyməti otellərdən xeyli aşağıdır. Bakı və regionlarda qiymətlər adambaşına 10 manatdan başlayır. Xidmətlərin növündən və keyfiyyətindən asılı olaraq, qiymət 25 manatadək arta bilər. Hosteldə ən azı 2 işçinin olması vacib şərtlərdəndir. 3 otaqdan çox hostellərə maraq daha böyükdür.

Müzəffər Ağakərimovun sözlərinə görə, ölkədə hostellərin sayının artmasına çoxdan ehtiyac var idi. Sahibkarların bu sahəyə marağı bazarda rəqabət yaradacaq.

Qeyd edək ki, Azərbaycanda hostel açmaq istəyənlər vergini adi qaydada ödəyirlər. Sadələşdirilmiş vergi ödəyicisi Bakıda ümumi dövriyyənin 4%-ini, bölgələrdə isə 2 faizini ödəyir.

www.oxu.az

Digər Turizm xəbərləri