İyl
2018
15:49
45
155
5284
Virtual karabakh

ABŞ uçuşlarında daşınma məhdudiyyəti

4 İyl, 2018
15:49
5284

ABŞ uçuşlarında daşınma məhdudiyyəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri - Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən, Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə  350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.  

Oxu.Az xəbər verir ki, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir.

Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir. 

350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər. 

Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərtilə daşınmaya qəbul edilir. 

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Nyu-York-Bakı istiqaməti üzrə müntəzəm birbaşa reyslər həyata keçirilir. AZAL J2-101/J2-102 reysi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri “Boeing 787 Dreamliner” hava gəmisi ilə həyata keçirilir.

Qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək.

“Azərbaycan Hava Yolları” aviaşirkəti sərnişinlərdən baqajın daşınmasına dair yeni qaydaları nəzərə almağı xahiş edir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri