18 
Mar
2022
16:26
221
21
1611
Virtual karabakh

“Buta Airways” Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır

18 Mar, 2022
16:26
1611

“Buta Airways” Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı da aviaşirkətin saytında qeyd edilib.

Qazaxıstandan Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri