18 
Okt
2022
17:45
26
82
1649
Virtual karabakh

AZAL və “Leonardo” Azərbaycanın mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

18 Okt, 2022
17:45
1649

AZAL və “Leonardo” Azərbaycanın mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 18-də AZAL-ın prezidenti Cahangir Əsgərovla İtaliyanın “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti arasında keçirilən görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər hava gəmilərinə texniki xidmət və təmir sahəsində əməkdaşlıq, eləcə də aeronaviqasiya sahəsində perspektivli və müasir innovativ texnologiyaların tətbiqi məsələlərinə toxunublar.

Danışıqlar nəticəsində Azərbaycanın aeronaviqasiya sisteminin infrastrukturunun inkişafı ilə bağlı layihələr razılaşdırılıb.

Həmçinin tədbir zamanı Azərbaycanın mülki aviasiya sahəsində müxtəlif istiqamətlər üzrə şirkətlər arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliyanın aviasiya sənayesi ilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğu qeyd olunub.

İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşlarıdır.

Qeyd edək ki, “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti aşağıdakı yüksək texnologiya sektorlarında geniş və uzunmüddətli təcrübəyə malikdir: hərbi texnologiyalar, hərbi təyinatlı hesablama sistemləri, hərəkətsiz və fırlanan qanadlı hava gəmilərinin avionikası sistemi, beynəlxalq proqramların idarə edilməsi və bir çox digər sahələr.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri