23 
Fev
2023
18:08
183
62
2118
Virtual karabakh

Samir Rzayev: “Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit dövlət kimi rolu artıb”

23 Fev, 2023
18:08
2118

Samir Rzayev: “Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit dövlət kimi rolu artıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi, onların səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılması sahəsində  “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən görülən daimi işlər nəticəsində ölkə üzərindən tranzit hava daşımalarında artım mövsümi aylarda 2,6 dəfə olmaqla, ümumi orta artım tempi 1,3 dəfəyədək çatıb”.

AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib ki, hazırda ölkənin hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilib.

“Bu bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Eləcə də, Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir”, - deyə Samir Rzayev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri