Yan
2024
17:26
40
96
3532
Virtual karabakh

Ras Əl-Xaymada Yeni il atəşfəşanlığı zamanı iki dünya rekordu qeydə alınıb - FOTO/VİDEO

1 Yan, 2024
17:26
3532

Ras Əl-Xaymada Yeni il atəşfəşanlığı zamanı iki dünya rekordu qeydə alınıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ras-əl-Xayma əmirliyində Yeni il atəşfəşanlığı eyni anda iki kateqoriya üzrə - su üzərində və səmada ən uzun atəşfəşanlıq xəttinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bu barədə əmirliyin Turizmin İnkişafı Departamentindən xəbər verilib.

Bildirilir ki, Ras Əl-Xayma Yeni ili heyranedici səkkiz dəqiqəlik atəşfəşanlıq və dron şousu ilə açıb. 1050 pirotexniki dron, su atəşfəşanlığı və akrobatikadan ibarət atəşfəşanlıq əmirliyin təbiət möcüzələrini - səhra, dəniz, dağları simvolizə edib.

Tədbir zamanı əvvəllər istifadə olunmayan texniki yeniliklərdən də istifadə edilib.

Pirotexniki şounu 50 mindən çox tamaşaçı izləyib.

Mənbə: Kp.ru

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri