10 
Apr
2024
12:14
87
61
1410
Virtual karabakh

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

10 Apr, 2024
12:14
1410

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri