17 
İyl
2018
17:53
529
31
2115
Virtual karabakh

Çimərlikləri çirkləndirənlər cərimələnəcəklər - VİDEO

17 İyl, 2018
17:53
2115

Çimərlikləri çirkləndirənlər cərimələnəcəklər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İsti havadır”, - deyib, yolumuzu çimərlikdən saldıq. Gördüyümüz mənzərə isə heç də ürəkaçan olmadı. Sahilə atılan zibillər çimərlikdən çox bir bakteriya yuvasını xatırladırdı.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov çimərliklərdə tez-tez monitorinqlər keçirdiklərini bildirir.

O qeyd edir ki, may ayının 21-dən mütəmadi olaraq dəniz suyu nümunələrindən analizlər götürülür və müayinələr aparılır.

Şöbə müdiri bildirir ki, əgər sahilyanı ərazilərdə antisanitar vəziyyət aşkarlanarsa və çimərliklərdə insanların istirahəti üçün istənilən şərait yaradılmazsa, ərazilərdə məişət tullantıların daşınması üçün müqavilələr bağlanmazsa, o zaman inzibati xətalar məcəlləsinin müvafiq maddəsində öz əksini tapan cərimələr tətbiq ediləcək.

Məcəlləyə əsasən, 100 manatdan 200 manata qədər cərimələr nəzərdə tutulub.

Xanlar Mehdiyev 
VİDEO: Elnur UĞUR

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri