25 
İyl
2018
11:42
160
15
6292
Virtual karabakh

“Hərbiyyə” təlimindən maraqlı görüntülər - VİDEO

25 İyl, 2018
11:42
6292

“Hərbiyyə” təlimindən maraqlı görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 iyul 2018-ci il tarixində “Asan könüllüləri” Təşkilatı, “ASAN xidmət” və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

Düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də, AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir.

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar təlimlərə cəlb olunmaqla yanaşı, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak ediblər.

İştirakçılar üçün müxtəlif muzeylər, komplekslər, eləcə də, digər tarixi məkanlara ekskursiyalar təşkil olunub.

VİDEO: Sadiq Fərzəlibəy
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri