28 
Okt
2019
19:25
39
221
5260
Virtual karabakh

Qaranlığın aydın simalarının bir günü - VİDEO

28 Okt, 2019
19:25
5260

Qaranlığın aydın simalarının bir günü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaranlığın təmizləyicisidir onlar. Məhz onların sayəsində hər səhər oyandıqda şəhərimizi təmiz və səliqəli görürük.  

Biz gecələr yuxunun ən şirin saatlarından zövq alarkən bu insanlar süpügələrini götürüb şəhərin dörd bir tərəfinə yayılaraq, təmizliyə başlayırlar.  

Şəhər isə gündüzlər qədər sakit və təhlükəsiz olmur hər zaman.  

Gözünüzü yumun və bir anlıq gecənin ən soyuq saatlarında, buz kimi havada onların yerində işlədiyinizi düşünün. Siz öhdəsindən gələ bilərsinizmi? Təsəvvür etmək belə soyuqdur deyilmi?  

Amma qəhrəmanlarımız hər ilin soyuq qış aylarında təbiətin sərt üzü ilə qarşı-qarşıya qalırlar. İş zamanı kənardan nə qədər xoşbəxt görünsələr belə arzuladıqları həyat bu deyil.  

Bu zəhmətkeş qadınlar indi bütün çətinliklərə yalnız bir şey üçün dözürlər. Özlərinin yaşadıqları bu çətinlikləri övladlarının da yaşamamaları üçün.  

Amma onların bizdən gileyləri də var.  

Gecədən başlayan iş yavaş-yavaş sona çatır. Hər bir işçi təyin edilən ünvana qayıdaraq süpügələrini təhvil verib öz evlərinə qayıdırlar.  

Məqsədimiz bəzən kənardan o qədər də fikir vermədiyimiz bu insanların bir gününü sizə göstərmək idi. 

İndi onların həqiqətən qaranlığın aydın simaları olduğunu anladınızmı? 

Sail Ağasəlim, Elgün Hümbətov, Baku TV

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri