11 
Dek
2019
19:37
188
34
4993
Virtual karabakh

Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək - VİDEO

11 Dek, 2019
19:37
4993

Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk bioplastik zavodu tikiləcək. Bu gün zavodun tikintisinə dair ilkin müqavilələr imzalanıb. 

Azərbaycanda Bioplastik zavod tikintisi üçün İnnovasiyalar Agentliyinin dəstəyi ilə “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında bioplastik – PLA layihəsinə dair ilkin müqavilə imzalanıb.  

Tikintinin Yüksək Texnologiyalar Parkında aparılması nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştlərini təmin edəcək.   

Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan karbon qazının həcmi sıfıra bərabərdir. Layihə sayəsində Azərbaycana hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. 

Zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq mühəndis və inşaatçı çalışacaq.  

TEHRAN ORUCOĞLU, VASİF MİRADƏMOĞLU 

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri