13 
Dek
2019
15:50
51
181
3483
Virtual karabakh

Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır - VİDEO

13 Dek, 2019
15:50
3483

Bakıda məcburi köçkünlər acınacaqlı şəraitdə yaşayır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda, Səbail rayonu, Aydın Məmmədov küçəsi, bina 22/24-də məskunlaşmış 22 məcburi köçkün ailəsinin yaşayış şəraiti acınacaqlıdır. 

Oxu.Az xəbər verir ki, onlar 26 ildir altı mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində yaşayır. 

“Soyuqdan otaqlara girmək olmur, bir otaqda həm yatırıq, həm çimirik, həm də yemək yeyirik. Elektrik naqilləri də yararsız vəziyyətdədir”, - sakinlər bildirir.

Onların vəziyyətlə bağlı aidiyyəti qurumlara etdikləri müraciətlər də uzun illərdir nəticəsiz qalıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev məsələdən xəbərdar olduğunu bildirdi.

Komitə sözçüsü qeyd etdi ki, sözegedən ünvanın sakinlərinə növbəti mərhələdə,  yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq. 

Sail Ağasəlim, Elgün Hümbətov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri