10 
Sen
2020
17:14
171
34
2591
Virtual karabakh

Qaynını çəkiclə qətlə yetirən şəxsə 18 il hökm oxundu - VİDEO

10 Sen, 2020
17:14
2591

Qaynını çəkiclə qətlə yetirən şəxsə 18 il hökm oxundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qaynını öldürən Eldar Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum olunub. 

Baku Tv xəbər verir ki, 2018-ci il martın 28-i saat 16 radələrində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsindəki 2 saylı binanın arxasında qana bulaşmış naməlum kişi meyiti aşkar ediblər. 

Polislərə yaxınlaşan paytaxt sakini Eldar Məmmədov çəkici onlara təqdim edərək, qaynını vurduğunu bildirib. Yaralanan şəxsi Təcili Tibbi Yardım briqadası xəstəxanaya aparıb. Mərkəz Quluyev aldığı travmadan aprelin 17-də vəfat edib. 

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədov qayını - M.Quluyevin 32 min dollar (54 min 400 manat) məbləğində pul tələbinə dair iddia ərizəsi əsasında Binəqədi rayon məhkəməsində baxılan borc öhdəliyindən yaxa qurtarmaq üçün sonuncunu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 28-də məhkəmə iclasına çağırılan vaxt, sellofana bükülmüş çəkiclə silahlanaraq, saat 15:30-da Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi, 2 ünvanına çatıb.

Binanın arxasında məhkəmə prosesinə gələn M.Quluyevə qəfildən hücum edib, sol yan tərəfdən baş nahiyəsinə bir neçə zərbə vurub. Aldığı xəsarətlərdən yerə yıxılan qohumunun, yalvarıb imdad diləməsinə məhəl qoymayaraq, küt alətlə xəsarətlər yetirməkdə davam edib. 

Ətraflı Bakı TV-nin materiallarında:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri