Yan
2021
12:06
150
20
2588
Virtual karabakh

Məmmədxanlı kəndinin içməli su həsrəti - VİDEO

6 Yan, 2021
12:06
2588

Məmmədxanlı kəndinin içməli su həsrəti - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun Məmmədxanlı kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər. 

Sakinlər bildirir ki, illərdir içməli su əvəzinə təsərrüfat üçün nəzərdə tutulan sudan istifadə edirlər.

Məsələylə bağlı dəfələrlə aidiyyətı qurumlara məlumat verilsə də, təəssüf ki, hər dəfə verilən vədlər elə söz olaraq qalıb.

Məsələylə bağlı kənd bələdiyyəsinin sədri ilə əlaqə saxladıq. Bələdiyyə sədri isə bizi əmin etməyə çalışdı ki, mövcud problem tezliklə öz həllini tapacaq. 

Qeyd edək ki, 240 nəfər sakini olan kənd rayon mərkəzindən 24 km aralıda yerləşir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri