28 
May
2021
19:05
432
21
3182
Virtual karabakh

Bərdədə şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb - VİDEO

28 May, 2021
19:05
3182

Bərdədə şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni terroruna məruz qalmış Bərdənin Qarayusifli kəndində şəhidlərinin xatirəsinə abidə kompleksi ucaldılıb. 

Baku TV xəbər verir ki, Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində şəhid olanların xatirəsi əbədiləşdirilib.

44 günlük Vətən müharibəsində mülki əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Qarayusifli terroru ilə nə qədər vəhşi və cinayətkar bir millət olduğunu bildirdi. 44 günlük Vətən müharibəsində müharibə təkcə cəbhədə, səngərdə getmirdi.

Vətən müharibəsi dövründə də birinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycanın müxtəlif şəhər və rayonlarında mülki əhali raketlər, artilleriya və atıcı silahlardan mütəmadi olaraq atəşə tutuldu. 

Erməni siyasi rəhbərliyinin mülki əhaliyə qarşı törətdiyi terror, soyqırımı aktlarının əsas məqsədi cəbhədəki məğlubiyyətin əvəzini mülki əhalidən çıxmaq və Azərbaycan xalqını müharibədən çəkindirmək, qorxutmaq idi. Ancaq onlar unutmuşdular ki, Azərbaycan xalqı “Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşayaram” deyən Bəbək, Cavanşir, Koroğlu kimi qəhrəman bir irsin davamçılarıdır. 

Kompleksin açılışında şəhidlərin ailə üzvləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda Qarayusifli kəndindən 3 nəfər Birinci Qarabağ müharibəsinin şəhidlik zirvəsinə ucalıb. 

Abidə kompleksinin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı böyük qələbədən danışıb, bu qələbədə payı olanların hər cür ehtirama layiq olduqlarını qeyd edib.

Abidə kompleksinin açılışında kənd ağsaqqalları çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Sonda şəhidlərin ruhuna dualar oxunub, abidənin önünə tər qərənfillər düzülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri