Fev
2023
21:21
11
154
2240
Virtual karabakh

Vətəndaşların NƏZƏRİNƏ: Evdə göstərilən tibbi xidmətin nə kimi fəsadları var? - VİDEO

3 Fev, 2023
21:21
2240

Vətəndaşların NƏZƏRİNƏ: Evdə göstərilən tibbi xidmətin nə kimi fəsadları var? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saytlarda səyyar tibbi xidmətlərin göstərilməsinə dair elanlara rast gəlinir.

Belə ki, qeyd olunan elanları verənlərin tibbi təhsilinin olması və ya peşəkarlığı ilə bağlı heç bir məlumat göstərilmir.

Elanlarda evdə müxtəlif yaşlarda olanlara, hətta körpələrə belə damar daxili sistemlərin köçürülməsi, iynələrin vurulması, əməliyyat sonrası yaraların sarğısı, koronaviruslu xəstələrin müalicəsi təklif olunur. Xidmətlərin haqları görüləcək işin mürrəkkəbliyinə görə 10-30 manat arası dəyişir.

Ekspertlər bu tip elanlara aldanmamağı tövsiyyə edirlər. Onlar xəstəxana şəraitində belə bəzi hallarda sistem qoyularkən xəstənin şok vəziyyətinə girdiyini və ciddi tibbi müdaxilələr nəticəsində həyata qaytarıldığını qeyd ediblər.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri