27 
Mar
2024
21:32
214
16
2186
Virtual karabakh

Xocalıda qalıqları tapılan şəhidin oğlu: “Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - VİDEO

27 Mar, 2024
21:32
2186

Xocalıda qalıqları tapılan şəhidin oğlu: “Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib.

Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər.

“32 il bundan öncə atam Xocalıda döyüşərkən şəhid oldu. Atam bizi - qardaşımı, anamı və məni çıxardı, özü orada qalıb döyüşdü”, - deyə şəhidin oğlu deyib.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il fevralın 26-da itkin düşüb. Ailəli idi, 2 övladı var.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri