20 
Fev
2016
11:59
306
31
10680
Virtual karabakh

Azərbaycan ordusunda tank yarışları keçirilir – FOTO + VİDEO

20 Fev, 2016
11:59
10680

Azərbaycan ordusunda tank yarışları keçirilir – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yaxşı tank heyəti müəyyənləşəcək.

Azərbaycan ordusunun tank hərbi hissə və bölmələrində Ən yaxşı tank heyəti adı uğrunda yarışlar keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, yarışlarda tank heyətləri maneə səhəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. 

Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri