Avq
2017
16:28
10
234
3423
Virtual karabakh

Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı – VİDEO

8 Avq, 2017
16:28
3423

Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır.

Oxu.Az ARB 24-yə istinadən xəbər verir ki, ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tuturlar.

Avqustun 7-də axşam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini, 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.

İlhamə Yusifova - anası: “1 həftə bundan əvvəl nəvəm evə daxil olanda erməni silahlı qüvvələri güllə atdı. Xoşbəxtlikdən nəvəmi tutmadı”.

Bəndər Zeynalov - sakin: “Saat 6-da başlayırlar güllələməyə. Biz də işləyirik. Uşaq da atla ot gətirirmiş. Atıblar, ata bir az yaxın keçib. Atıblar, yerə dəyib, çox şükür ki, uşağı tutmayıb. Qəlpələr bir az ayağını tutub. Sağ olsun komandirlər, avtomobil göndərdilər”.

Düşmənin gülləsi kənd sakinlərini qorxutmur. Çünki onlar Azərbaycan ordusunun gücünə güvənir.

Cavid Rüstəmov - sakin: “Qonaq gəlmişəm nənəmgilin evinə. Ermənilər atır, heç qorxmuram. Onlar kimdir ki, onlardan qorxum”.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub, vəziyyəti normaldır.

Sabir Yusifov - atası: “2-ci dəfədir ki, bu uşağa ermənilər güllə atır. Dinc əhaliyə imkan vermirlər ki, çölə çıxsınlar”.

Ramin Yusifov - yaralı: “Güllə gəlib yanıma düşüb partladı. Ayağıma çoxlu qəlpə dəydi, mən də tez evə qaçdım”.

İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hazırda kənddə nisbi sakitlik hökm sürür.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri