16 
Noy
2017
18:55
55
390
1814
Virtual karabakh

Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan ərazilərində təlimləri davam etdirir

16 Noy, 2017
18:55
1814

Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan ərazilərində təlimləri davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni silahlı bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimləri davam edir.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, təlimlər zamanı artilleriya qurğularından və ağır döyüş texnikasından atışlar həyata keçirilib.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, işğalçı ölkənin ordusunun təlimləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri görüş keçirdiyi vaxta təsadüf edir.

Həmsədrlər noyabrın 15-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-da isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri