Dek
2017
17:04
236
73
3670
Virtual karabakh

NATO Azərbaycan hərbçilərinə təlim keçir – FOTO

6 Dek, 2017
17:04
3670

NATO Azərbaycan hərbçilərinə təlim keçir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Birgə əməliyyat və qiymətləndirmə” mövzusunda təlim kursu keçirilir.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “NATO-da hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prosesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanılması və təhlili” və digər mövzular barədə məlumatlar verilir, eləcə də, müxtəlif məşğələlər təşkil edilir.

Dekabrın 8-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri