14 
Yan
2018
21:49
43
407
7682
Virtual karabakh

Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

14 Yan, 2018
21:49
7682

Düşmən yaşayış evlərini atəşə tutdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.

Oxu.Az-ın məlumatına görə, Report-un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mirəşelli kəndi məruz qalıb.

Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.

Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər, kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.

Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitlikdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri