14 
Mar
2018
19:33
446
33
7206
Virtual karabakh

Təlimlərə cəlb edilən silah və hərbi texnikaya baxış keçirilib – FOTO + VİDEO

14 Mar, 2018
19:33
7206

Təlimlərə cəlb edilən silah və hərbi texnikaya baxış keçirilib – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib.

Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri