16 
May
2018
11:12
103
16
1742
Virtual karabakh

Ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü keçirilir

16 May, 2018
11:12
1742

Ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri