İyn
2018
14:02
456
45
12146
Virtual karabakh

Bakıda hərbi parada hazırlıq başladı - VİDEO

6 İyn, 2018
14:02
12146

Bakıda hərbi parada hazırlıq başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı iyunun 26-sı hərbi parad keçiriləcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı artıq hazırlıqlar başlayıb.

Belə ki, şəhərin müxtəlif yerlərində paradda nümayiş olunacaq helikopterlər hərəkət edir. 

Əvvəlki illərdə olduğu kimi bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikalarının nümayiş olunacağı gözlənilir. 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

Video: Xatun Etibarqızı
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri