11 
İyn
2018
14:38
423
38
7631
Virtual karabakh

İsrail “Lora”sı Azərbaycanın silahlanmasında - FOTO

11 İyn, 2018
14:38
7631

İsrail “Lora”sı Azərbaycanın silahlanmasında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də həyata keçirdiyi Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılış mərasimində Belarusun “Polonez” sistemləri ilə yanaşı, İsrail istehsalı “Lora” operativ-taktiki raket kompleksinə (OTRK) də baxış keçirib. 

Oxu.Az xəbər verir ki, “Polonez” yaylım atəşli reaktiv sisteminin (YARS), o cümlədən İsrail OTRK-nın görüntüsü hərbi hissənin açılış mərasimindən çəkilən bir neçə fotoda əks olunub.

Azərbaycan prezidenti İlham Əliyevə “Lora” OTRK göstərilib və onun xarakteristikası təqdim edilib. 

İsrailin “Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan birpilləli ballistik raketlə ilə təmin olunan “Lora” OTRK həm quru, həm də dənizdə düşmənin yerin dərinliyində olan HHM batareyalarını məhv etmək üçün baza elementlərinə malikdir. 

Kompleksin atış məsafəsi 250-300 km təşkil edir.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri