22 
İyn
2018
11:05
15
437
3016
Virtual karabakh

“Kommersant”: Moskva Yerevana Su-30SM qırıcıları satmaq istəyir

22 İyn, 2018
11:05
3016

“Kommersant”: Moskva Yerevana Su-30SM qırıcıları satmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Su-30SM təyyarələrini əldə etmək arzusu Nikol Paşinyanın “Facebook” hesabında Erebuni hərbi aeroportundakı təyyarənin kabinasında çəkdirdiyi fotonu yerləşdirməsindən sonra yenidən gündəmə gəlib (Erebuni aeroportunda 3624-cü Rusiya bazası yerləşir). 

“Artıq Yerevandayam”, - Ermənistan hökumət rəhbəri yazıb. 

Oxu.Az “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Su-30SM dünyanın ən yaxşı qırıcılarından biridir. 

Nəşrin məlumatına görə, o, hər hansı əlavə məlumat vermədi. Ermənistan Müdafiə Nazirliyində də onun fəaliyyəti şərh olunmadı. 

Ancaq hərbi ekspert Leonid Nersisyanın fikrincə, Yerevana Su-30SM qırıcılarının satılması ilə bağlı danışıqlar qabaqcıl mərhələdədir. Məsələ ilə bağlı sazişin yaxın 2-3 ildə imzalanması gözlənilir. 

Ermənistan hərbçilərində Su-30SM qırıcısına maraq hələ 2010-cu ildə Hərbi Hava Qüvvələrinin parkının yenilənməsi zamanı yaranıb. 

Bundan başqa, 2012-ci ildə Moskva və Yerevanın imzaladığı sazişə əsasən, yaxın bir neçə ildə Ermənistan 12 qırıcı almalı idi. 

Saziş sifarişçinin maliyyə problemləri səbəbindən qüvvəyə minmədi. 

O vaxtdan bəri tərəflər mütəmadi olaraq müqavilənin praktiki həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Yerevan qırıcılardan başqa, digər silahları da almalı idi. 

Belə ki, Yerevan “İsgəndər” operativ-taktiki raket kompleksinin ilk alıcısı oldu və Rusiyanın krediti hesabına 300 milyon dollar dəyərində silah əldə etdi.

Su-30SM qırıcıları ilə bağlı sonuncu danışıqlar Ermənistandakı inqilabdan bir neçə ay əvvəl baş tutub. Həmin vaxt Yerevan tərəfi danışıqları altı il müddətində təxirə salmaqla bağlı qərar qəbul edib. 

Hökumət dəyişdikdən sonra isə silah alışı ilə bağlı tərəflər arasında danışıqlar olmayıb. 

Amma hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün müəyyən siqnallar artıq daxil olub: mayın 23-də Paşinyan Putinlə danışığı zamanı bu məsələni qaldırıb. 

Strategiya və texnologiyaların təhlili mərkəzinin eksperti Konstantin Makiyev hesab edir ki, müasir hərbi aviasiya komplekslərinin Yerevana verilməsi Azərbaycanın Qərb qırıcı təyyarələrini almasına səbəb ola bilər.

Oxşar hadisələr artıq baş verib: Ermənistanın “İsgəndər”inə Azərbaycan Belarus istehsalı “Polnez”lə cavab verib. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri