25 
İyn
2018
22:16
279
11
3264
Virtual karabakh

Komanda-qərargah təlimi başa çatıb - FOTO

25 İyn, 2018
22:16
3264

Komanda-qərargah təlimi başa çatıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin hazırlıq planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda iyunun 18-dən iyunun 24-dək davam edən komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icrası və qəbul olunmuş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilib.

Təlim komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb.

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri