20 
Noy
2018
10:22
139
27
2587
yuxarı
Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək
20 Noy, 2018
10:22
2587
139
27
Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək
Sabah Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.