13 
Dek
2018
12:39
36
148
9738
Virtual karabakh

Paşinyan “qondarma rejimi” “silkələyir”

13 Dek, 2018
12:39
9738

Paşinyan “qondarma rejimi” “silkələyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Nikol Paşinyan ona qarşı çıxan Qarabağ separatçılarının rəhbərlərini dəyişməyə hazırlaşır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Ermənistanın “Qraparak” nəşri məlumat yayıb. 

Məlumata görə, artıq Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakanyan istefaya göndərilib. 

Yaxın vaxtlarda Qarabağ separatçılarının lideri Bako Saakyanın, onun “müşaviri” Arşavir Qaramyanın və qondarma rejimdə “təhlükəsizlik şurasının sədri” vəzifəsini icra edən Vitali Balasanyanın da istefaya göndərilməsi planlaşdırılır. 

Nəşr bildirib ki, Paşinyan Saakyanı Araik Arutyunyanla əvəz edəcək. Arutyunyan parlament seçkilərində separatçılar arasında Paşinyanı dəstəkləyən yeganə şəxs olub. 

“Bu vəziyyət Yerevanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma “dövlət qurumu”nun saxtakarlığını və bu rejimin Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəf kimi göstərilə bilməyəcəyini bir daha sübut edir”, - nəşr qeyd edib.

Samir İsayev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri