25 
Fev
2019
16:27
18
109
1678
Virtual karabakh

Hikmət Hacıyev: Ölkə rəhbərlərinin görüşünə dair məlumat yoxdur

25 Fev, 2019
16:27
1678

Hikmət Hacıyev: Ölkə rəhbərlərinin görüşünə dair məlumat yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, münaqişənin həlli prosesinə nəzərə yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: 

“Bu, danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və həmsədr ölkələr daha aktiv səylər göstərərək, Ermənistanı danışıqlar prosesində daha konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir. Bu konstruktiv mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”.

Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin, hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri