27 
Fev
2019
12:47
360
40
6673
Virtual karabakh

Xocalı faciəsi İsrail telekanalında - VİDEO

27 Fev, 2019
12:47
6673

Xocalı faciəsi İsrail telekanalında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin nüfuzlu “7kanal” telekanalı Xocalı soyqırımının ildönümü ilə bağlı sujet hazırlayıb.

Oxu.Az-ın məlumatına görə, sujetdə Azərbaycanda Qarabağ müharibəsi zamanı milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü qeyd olunur.

“Anım mərasimində Azərbaycan prezidenti, Azərbaycan baş naziri, həmçinin, müsəlman və yəhudi icmalarının başçıları iştirak edib”, - deyə materialda qeyd olunur.

Telekanal Xocalıda doğulmuş və böyümüş Rahilə Quliyeva ilə müsahibəni təqdim edib.

“27 il ötsə də, ağrı hələ keçmir. Ermənilər həmyerlilərimi, ərimi və iki yaşlı oğlumu öldürüblər”, - deyə müharibə qurbanı söyləyib.

“Xocalı naminə ədalətin öz yerini tapacağına və bu qırğının bir daha dünyanın heç bir yerində təkrarlanmayacağına ümid edirəm”, - R.Quliyev bildirib.

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri