14 
Apr
2019
17:31
31
499
10175
Virtual karabakh

Qar uçqununda həlak olan hərbçi dəfn edildi - FOTO

14 Apr, 2019
17:31
10175

Qar uçqununda həlak olan hərbçi dəfn edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qar uçqununa düşərək həlak olan hərbçilərdən biri - Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, o, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və H.Abdullayevin yaxınları iştirak edib.

Qeyd edək ki, martda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri