24 
Apr
2019
11:53
382
17
2404
Virtual karabakh

Azərbaycan-Türkiyə birgə təlimlərinə hazırlıq - VİDEO

24 Apr, 2019
11:53
2404

Azərbaycan-Türkiyə birgə təlimlərinə hazırlıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə baxış  keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Təcrübəli mütəxəssislər tərəfindən şəxsi heyətə hərbi texnikaların istismarı, tətbiqi, döyüş və digər imkanları barədə məlumatlar çatdırılıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri