25 
İyl
2019
16:44
254
89
7926
Virtual karabakh

Zakir Həsənov pilotun axtarışı ilə bağlı göstəriş verdi

25 İyl, 2019
16:44
7926

Zakir Həsənov pilotun axtarışı ilə bağlı göstəriş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.

Qeyd edək ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri