26 
İyl
2019
11:02
25
338
8911
Virtual karabakh

Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri dayandırdı

26 İyl, 2019
11:02
8911

Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Azərbaycan Ordusunun bütün aviasiya vasitələrinin təlim-məşq uçuşları dayandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Armiya.az-a bildirib ki, bu barədə nazirliyin rəhbərliyi müvafiq göstəriş verib.

Onun sözlərinə görə, MiQ-29 qırıcısının qəzaya uğrama səbəbləri müəyyən edilənədək Azərbaycan HHQ-nin aviasiya vasitələrinin bütün uçuşları müvəqqəti dayandırılıb:

“Eyni zamanda, döyüş növbətçiliyinin aparılması plana uyğun həyata keçirilir”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri