Avq
2014
13:31
163
512
59992
Virtual karabakh

Cəbhədə döyüşlər qızışdı: şəhidlərimizin sayı 9-a çatdı - VİDEO + YENİLƏNİB

1 Avq, 2014
13:31
59992

Cəbhədə döyüşlər qızışdı: şəhidlərimizin sayı 9-a çatdı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhidlərin adları açıqlanır.

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H.Abdinov hospitalda vəfat edib.

12:12

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan əsgərlərimizdən üçünün adı məlum olub.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.

ANS PRESS-in məlumatına görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi isə Vüqar Poladov və Elnur İbrahimovdur. Onların hər ikisi müddətli hərbi xidmət qulluqçusudur.

09:39

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri