25 
Fev
2020
14:24
217
10
1727
Virtual karabakh

David Çiçinadze: “Xocalıda insanlıq əleyhinə törədilən cinayətin mühakiməsi zamana sığmır” - MÜSAHİBƏ

25 Fev, 2020
14:24
1727

David Çiçinadze: “Xocalıda insanlıq əleyhinə törədilən cinayətin mühakiməsi zamana sığmır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanlıq əleyhinə törədilən cinayətin mühakiməsi zamana sığmır, indi onları gizlətmək də çətindir. Bu səbəbdən hər şey araşdırılmalıdır. Bunun üçün mexanizmlər – beynəlxalq məhkəmələr və təşkilatlar var. 

Bu barədə Xocalı faciəsini şərh edən Gürcüstan parlamentinin deputatı, bu yaxınlarda qeydiyyatdan keçmiş çoxmillətli “Tribuna” siyasi hərəkatının lideri David Çiçinadze Media.az-a müsahibəsində bəyan edib. 

O qeyd edib ki, hərbi cinayətlər bütün ölkələr tərəfindən qınanılmalı, beynəlxalq birliklərin bu məsələdə təzyiqi olmalıdır. 

“Bunun başqa yolunu görmürəm. Hesab edirəm ki, bizə - Qafqaz xalqlarına hadisələrə yenidən baxmaq lazımdır. Biz axı qonşuyuq, inkişaf etməli, bir yerdə yaşamalıyıq. Milli əlamətlərə görə bizi bölmək doğru deyil. Xalqlarımızın istənilən dərdi ümumi acıdır.

Mən Sovet İttifaqının parçalanması zamanı baş verən hadisələri ürək ağrısı ilə qəbul edirəm. Burada xalqlar arasında əsl düşmənçilikdən çox, böyük siyasət var, buna əminəm. Bizim “Tribuna” siyasi hərəkatında gürcülər, azərbaycanlılar və ermənilər var. Ölkəmizi tolerant hesab edirik, bizim üçün “milli azlıq” anlayışı yoxdur, hamımız Gürcüstan vətəndaşıyıq”, - deyə D.Çiçinadze vurğulayıb.

Xocalı faciəsi barədə danışan müsahib bildirib ki, tarix hər şeyi öz yerinə qoyacaq.

“Hər şey sənədləşdirilib. Bundan əlavə, təkrar edirəm, beynəlxalq məhkəmələr var. Məsələn, Gürcüstan Haaqa Məhkəməsinə müraciət edib. Biz hamımız sivil cəmiyyətin bir hissəsi olmaq istəyirik, yəni ardıcıl olaraq hüquqi yolla getməli, ədalətli qərarlara nail olmalıyıq. Biz orta əsrlərdə deyil, XXI əsrdə yaşayırıq”, - deyə D.Çiçinadze bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri