24 
İyn
2020
15:51
166
67
4066
Virtual karabakh

Müdafiə Nazirliyinin hərbi hissəsində yeni infrastruktur obyektlərinin açılışı oldu - FOTO

24 İyn, 2020
15:51
4066

Müdafiə Nazirliyinin hərbi hissəsində yeni infrastruktur obyektlərinin açılışı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədov “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş infrastruktur obyektlərinin açılışında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə nazirinin müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri