16 
İyl
2020
13:47
31
273
7081
Virtual karabakh

Ermənistan silahlı qüvvələri mülki əhalini necə atəşə tutub? - VİDEOREPORTAJ

16 İyl, 2020
13:47
7081

Ermənistan silahlı qüvvələri mülki əhalini necə atəşə tutub? - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonuna ezam olunan Oxu.Az-ın müxbiri Azərbaycanın mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasının nəticələri barədə danışıb.

Jurnalist Dondar Quşçu kənd sakini Tariyel Abdullayevin evinin həyətində olub.

Məhz bu məkanda iyulun 16-da ermənilərin növbəti vandalizm aktı qeydə alınıb.

“Evin bir hissəsi artilleriya zərbəsi ilə dağıdılıb. Oxşar hadisə Tovuz rayonunun digər yaşayış məntəqələrində də baş verib”, - deyə, jurnalist söyləyib.

Döyüş bölgəsində peşə fəaliyyətini yerinə yetirən müxbirimiz qeyd edib ki, bu, erməni hərbi birləşmələri tərəfindən dağıdılmış səkkizinci yaşayış evidir.

Jurnalist əlavə edib ki, Ermənistan tərəfi mülki insanları bombalayaraq, beynəlxalq humanitar hüquqa məhəl qoymur: “Ermənistanın bu hərəkətlərinə baxmayaraq, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT və BMT səssiz qalmaqda davam edir”.

Fərdin İsazadə

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri