18 
İyl
2020
11:56
27
267
4094
Virtual karabakh

Oxu.Az ön cəbhədə: Ermənistanın Tovuzda artilleriya atəşinə tutduğu evlərin sayı açıqlandı

18 İyl, 2020
11:56
4094

Oxu.Az ön cəbhədə: Ermənistanın Tovuzda artilleriya atəşinə tutduğu evlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşlərinə tutması nəticəsində ziyan dəyən evlərin sayı açıqlanıb. 

Bu barədə Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşına Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi bildirib. 

Qeyd olunub ki, hesablamalara əsasən, ümumilikdə 26 ev zərər görüb.

O da bildirilib ki, araşdırmalar davam edir.

Xatırladaq ki, iyulun 12-dən etibarən Ermənistan ordusu cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqına cəhd edib. Azərbaycan bölmələri təxribata layiqli cavab verib, düşmən geri oturdulub. 

Ermənistan silahlı bölmələri eyni zamanda mülki əhalini də hədəfə alıb, cəbhə xəttində yerləşən kəndləri artilleriya atəşinə tutub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri