28 
Sen
2020
16:40
1827
44
4784
Virtual karabakh

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi - FOTO

28 Sen, 2020
16:40
4784

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, Azərbaycan vətəndaşları, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.

Aksiya Heydər Əliyev adına parkda başlayıb və Azərbaycan səfirliyində bitib. 

İştirakçılar Azərbaycanın dövlət himnini ifa ediblər.

Aksiyada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti və səfir Faiq Quliyevin adından təşəkkür edib.

Diplomatın sözlərinə görə, Azərbaycan Ordusu zəfər çalmaqda davam edir:

“Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəklər”.

A.Rəsulov səfirin adından soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.
Təşkilatçılar bildiriblər ki, Gürcüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və kəndlərin erməni işğalından azad olunması barədə xəbərləri böyük sevinclə qarşılayıblar.

Aksiyaya “Vur keç səngəri, Azərbaycan əsgəri!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə yekun vurulub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri