14 
Okt
2020
17:39
143
1497
12977
Virtual karabakh

Gəncədəki erməni terroru bir gecədə Sevil və Hüseyni valideynsiz qoydu: “Elə bildim, şimşək çaxdı...” - VİDEO

14 Okt, 2020
17:39
12977

Gəncədəki erməni terroru bir gecədə Sevil və Hüseyni valideynsiz qoydu: “Elə bildim, şimşək çaxdı...” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 yaşlı Sevil və səkkiz yaşlı qardaşı Hüseyn bir gecə içində hər iki valideynini itirib. Oktyabrın 11-də gecə Gəncəyə düşən raket mərmisi onların ən dəhşətli kabusunu reallığa çevirib.

Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı zamanı 16 yaşlı Sevil və onun səkkiz yaşlı qardaşı Hüseyn bir gecə içində böyüməli olublar. Onların hər iki valideyni dağıntı altında qalaraq, həyatlarını itirib. Sevil üçün bu, uşaqlığının son gecəsi olub.

Hazırda Sevil və Hüseyn Şəmkirdə yaxınlarının himayəsinə sığınıblar. Onların valideynləri Nurçin və Anar Əliyevlərə isə uşaqlarının böyümələrini görmək nəsib olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri