17 
Okt
2020
10:32
79
1195
10950
Virtual karabakh

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ + FOTO

17 Okt, 2020
10:32
10950

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölən və yaralananların sayı artdı - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminini kobudcasına pozaraq Gəncəyə yenidən raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Bildirilib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri