19 
Okt
2020
10:56
1188
14
1986
Virtual karabakh

TBMM sədri: “Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir”

19 Okt, 2020
10:56
1986

TBMM sədri: “Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tək dost olduğumuz deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O deyib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub:

“Azərbaycan tarix və beynəlxalq hüquq baxımından haqlıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb”.

TBMM sədri bildirib ki, Ermənistanın Gəncəyə hücumu müharibə cinayətdir:

“Bu gün olmasa, sabah, digər gün müharibə cinayətləri törədənlərin mühakimə olunduğu dünyada yaşayırıq. Bosniya və Herseqovinada müharibə cinayətlərini törədənlər mühakimə olunacaqlarını gözləmirdilər. Ermənistan tək Azərbaycan üçün deyil, bölgə və dünyada sülh üçün bir təhdiddir. Bütün bunlara görə Türkiyə Azərbaycanın yanındadır”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri