22 
Okt
2020
11:48
776
17
5971
Virtual karabakh

Müdafiə Nazirliyindən döyüş iştirakçıları üçün maraqlı addım - VİDEO

22 Okt, 2020
11:48
5971

Müdafiə Nazirliyindən döyüş iştirakçıları üçün maraqlı addım - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarnizonun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.

Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də, döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır. 

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri