22 
Okt
2020
14:08
86
702
7567
Virtual karabakh

Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşdü

22 Okt, 2020
14:08
7567

Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb.

“Report”un məlumatına görə, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirilən raketlərin qalıqları Xəzər dənizinə düşüb.

Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər.

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri