28 
Okt
2020
15:30
35
413
3471
Virtual karabakh

Anar Kərimov işğal olunan ərazilərdəki tarixi abidələrin sayını açıqladı

28 Okt, 2020
15:30
3471

Anar Kərimov işğal olunan ərazilərdəki tarixi abidələrin sayını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğal olunan ərazilərdə 2625 daşınmaz tarixi abidə qeydiyyata alınıb. Onlardan 706-ı dövlət tərəfindən mühafizə olunur. Bunlardan 11-i beynəlxalq əhəmiyyət daşıyır”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, abidələrdən 240-ı ölkə əhəmiyyətlidir:

“455-i isə lokal əhəmiyyət kəsb edir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olunan ərazilərdə tarixi-abidələrin dağıdılmasının səbəbi əsrlərdir orada azərbaycanlıların yaşadığını itirməkdir”.

A.Kərimov qeyd edib ki, sənədlər var ki, Rusiya imperiyasının arxivlərində olan məlumata görə, 18-ci əsrdə İrəvan xanlığı ərazisində 300-ə yaxın məscid olub:

“Yalnız onlardan biri qalıb. Digər məscidlərin taleyi naməlumdur. Onlar mədəni təmizləmə siyasəti həyata keçiriblər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri