30 
Okt
2020
17:24
1868
48
21138
Virtual karabakh

İş adamı orduya avtomobil hədiyyə etdi - FOTO

30 Okt, 2020
17:24
21138

İş adamı orduya avtomobil hədiyyə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş adamı Cavidan Qorçıyev Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib.

“Qafqazinfo” xəbər verir ki, gənc biznesmen bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib.

O, işlək vəziyyətdə olan “Hummer h3” markalı “pikap”ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib. Sərhəd Xidmətinin əməkdaşları ilə görüşən C.Qorçıyev bildirib ki, bir iş adamı kimi daim dövlətimizin və dövlətçiliyimizin yanındadır:

“Hamımız bu Vətənin, bu torpağın övladıyıq. Kimin nəyə gücü çatırsa, Silahlı Qüvvələrə yardım etməlidir. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və əminəm ki, hörmətli ölkə başçısının rəhbərliyi altında biz Qarabağı işğaldan tamamilə azad edəcəyik. İnanıram ki, o gün çox yaxındadır. Qarabağ Azərbaycandır!”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri